?>

Ali Rəhbərin “BƏƏ-nin xəyanəti” ilə bağlı açıqlamasının ərəb mediasında rezonansı

Ali Rəhbərin “BƏƏ-nin xəyanəti” ilə bağlı açıqlamasının ərəb mediasında rezonansı

“Bu xəyanət uzun sürməyəcək, amma damğası onların alınlarında qalacaq” – deyə İslam İnqilabının Ali Rəhbərinin BƏƏ-in xəyanəti barədəki cümləsi ərəb medialarının diqqət mərkəzində olub.

ABNA24 Xəbər Verir, Ali Rəhbərin bu gün etdiyi bir çıxışda BƏƏ-nin sionist rejimlə münasibətlərinin normallaşmasının İslam dünyasına, ərəb dünyasına və bölgə ölkələrinə və Fələstin mövzusuna xəyanət olduğunu vurğulaması ərəb mediasında geniş rezonans doğurub.

Əl-Cəzirə bu barədə bildirib: İran İslam İnqilabının Rəhbəri BƏƏ-nin həm İslam, həm də ərəb dünyasına, həm də Fələstinə və bölgə xalqlarına xəyanət etdiyini vurğuladı.

Həmin Qətər şəbəkəsi, həmçinin İslam İnqilabının Ali Rəhbərinin BƏƏ-nin sionist rejimlə münasibətlərinin normallaşmasının bölgə xalqlarının mənafeyinə zidd olduğunu qeyd etdiyini bildirib.

Sputnik Ərəbi yazıb: İran lideri BƏƏ-yə xəyanətin uzun sürməyəcəyini və İsrail ilə razılaşmadan sonra alınlarında damğa ləkəsinin qalacağını vurğuladı.

Əl-Minar kanalı da bu mövzu ilə bağlı bildirib: İran İslam İnqilabının Rəhbəri, Əmirliklilərin İslama və ərəb millətlərinə və Fələstin məsələsinə xəyanət etdiyini və bunun alınlarında qalacaq bir rüsvayçı ləkə olduğunu vurğuladı.

Həmin Livan şəbəkəsi, İslam İnqilabının Ali Rəhbərinin, Əmirliklilərin tezliklə oyanacağını və düzəlişlər edəcəyini ümid etdiyini bildirib.

Əl-Əhd xəbər saytı yazıb: İran İslam İnqilabının lideri BƏƏ-nin Ərəb və İslam dünyasına və Fələstinə xəyanət etdiyini və bu xəyanətin uzun sürməyəcəyini söylədi.
Həmin Livan xəbər portalı Ali Rəhbərin digər açıqlamalarını da əhatəli əks etdirib.

Əl-Məyadin şəbəkəsi də bildirib: İran İslam İnqilabının lideri, Əmirliklilərin bölgəyə sionistlərin ayağını açdığına və Fələstin məsələsini unutduğuna diqqət çəkdi.

Həmin şəbəkə Ali Rəhbərin dediklərindən sitat gətirdi: “Bu xəyanət uzun sürməyəcək, amma damğası onların alınlarında qalacaq.”

Məlumata görə, digər ərəb KİV-ləri də bu gün Ali Rəhbərin dediklərini geniş işıqlandırıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!