İran nümayəndə heyəti erməni vandalizmini pisləyiblər. İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Ağdam Məscidində namaz qılıb. Azərbaycan və Türkiyə tərəfi isə namaz qılmayıblar.
Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Məhəmməd Kazım Səccadpurun başçılıq etdiyi heyət və Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun başçılıq etdiyi türkiyəli heyətlə birlikdə Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
Səfər çərçivəsində qonaqlara ermənilərin buradakı Məscidlərdən ferma kimi istifadə edib, mal qara, donuz saxlamaları barədə məlumat və foto faktlar təqdim edilib. İran nümayəndə heyəti erməni vandalizmini pisləyiblər. İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Ağdam Məscidində namaz qılıb. Azərbaycan və Türkiyə tərəfi isə namaz qılmayıblar.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!