?>

ABŞ ÜST-ə olan borcunu ödəməyəcək

ABŞ ÜST-ə olan borcunu ödəməyəcək

Donald Tramp Administrasiyası Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) olan təxminən 80 milyon dollarlıq borcunu ödəməyəcəyini elan edib.

ABNA24 Xəbər Verir, Donald Tramp Administrasiyası Cenrvrədə yerləşən Ümumdünya Səhiyyə Təşkilatına olan təxminən 80 milyon dollarlıq borcunu ödəməyəcəyini və onun əvəzinə BMT-yə olan borcunu ödəyəcəyini bəyan edib. ABŞ 2021-ci ilin yanvar ayında ÜST-dən çıxmaq niyyətindədir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatını koronavirusunun yayılması zamanı Çinin əlaltısı olmaqda günahlandırıb.. Dünya Səhiyyə Təşkilatı isə bu iddiaları rədd edib.

ABŞ Konqresinin 1949-cu il tarixli birgə qətnaməsinə əsasən, ABŞ ÜST-dən çıxacağını bir il əvvəldən elan etməlidir. ABŞ, həmçinin cari maliyyə ilinə aid olan borcunu da ÜST-ə ödəməlidir.

ABŞ-ın sabiq prezidentinin müavini Co Bayden seçkilərdə qalib gələcəyi təqdirdə yenidən ÜST-ə qoşulacağını açıqlayıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!