?>

ABŞ Ukraynaya daha çox silah göndərmək niyyətindədir

ABŞ Ukraynaya daha çox silah göndərmək niyyətindədir

Amerika Moskva ilə Kiyev arasında sərhəd gərginliyinin artmasının ardınca Ukraynaya daha çox silah göndərmək niyyətindədir.

ABNA24 Xəbər Verir, Məlumatlı mənbələr CNN telekanalına deyiblər ki, Co Bayden hökuməti silahlar daxil olmaqla Ukraynaya yeni hərbi təchizatlar və məsləhətçilərin göndərilməsi məsələsini araşdırmaqdadır.

Son günlər bəzi amerikan medialar ABŞ və Ukraynanın kəşfiyyat rəsmilərinə istinadla iddia ediblər ki, Rusiya cari ilin qış fəslinin ortalarında Ukraynaya hücum etmək niyyətindədir.

Məlumatlı mənbələr deyiblər ki, həmin kömək paketi bir neçə tipli mərmiyə, həmçinin Cavelin tipli tanka və zirehə qarşı raketlərə şamil ola bilər.

Rusiya prezident aparatının sözçüsü Dmitri Peskov son zamanlar NATO ölkələrini Rusiya sərhədi yaxınlığındakı təhrikedici fəaliyyətləri və Ukraynaya silah göndərməyi dayandırmağa çağırdı.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*