"ABŞ üçün ən böyük xarici təhdid Çin Kommunist Partiyasıdır"
ABNA24 Xəbər Verir, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo deyib.
Mayk Pompeo Çin-in Birləşmiş Ştatlarda prezident seçkilərinin gedişinə müdaxilə etməsinə dair ittihamları təkrar etməklə yanaşı, bu ölkənin öz hərbi qüdrətini artırmasını Vaşinqton üçün daha böyük təhdid adlandırıb.
Pompeonun dediyinə görə, Çin indiyə kimi Rusiyanın istifadə etmədiyi metodlar ilə Amerikaya nüfuz etməyə çalışır.
Onun dediyinə görə, Pekin yerli şirkətlərə maliyyə dəstəyi göstərmək və iqtisadiyyatını gücləndirməklə Amerikada minlərlə iş yerinin itirilməsinə səbəb olur.
Pompeo bunu qəbuledilməz adlandırıb və ABŞ prezidentinin mövcud vəziyyətin davam etməsinə icazə verməyəcəyini deyib.
Donald Trampın hakimiyyətə gəldiyi zamandan ABŞ və Çin bir çox iqtisadi, siyasi və hərbi məsələlərdə ciddi ixtilaflar və qarşıdurmaların şahidi olublar.
342/