?>

ABŞ Suriyanın neft yataqları üzərində təmərküzləşib

ABŞ Suriyanın neft yataqları üzərində təmərküzləşib

Rusiyanın xarici işlər naziri Amerikanın İŞİD terror qrupu ilə mübarizəyə məhəl qoymamasına toxunaraq, qeyd edib ki, Vaşinqton Suriyanın neft yataqları üzərində təmərküzləşibdir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sergey Lavrov “Rossiya 24” telekanalı ilə müsahibədə bildirib ki, Amerika Suriya neftini bu ölkədən qaçaq şəklində çıxarır. O, deyib: Vaşinqton Suriya neftinin satışından əldə olunan gəlirlə bu ölkədə özünə sadiq olan silahlı qruplara dəstək verir.

Rusiyanın xarici işlər naziri əlavə edib: Amerika çalışır ki, Suriya hökumətinin bu ölkənin neft yataqlarına çıxışına mane olmuş olsun.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova da şənbə günü elan etdi ki, Vaşinqton qanunsuz surətdə Suriyanın şimal-şərqindəki neft yataqlarından ayda 30 milyon dollardan çox dəyərə malik olan neft çıxarır.

Bundan öncə də ABŞ hərbçilərinin Suriya neftini qaçaq etmək üçün İŞİD terror qrupu ilə həmkarlığı haqda məlumatlar yayılmışdı.

Amerika terror qrupları ilə mübarizə bəhanəsilə qanunsuz şəkildə Suriyada hərbi iştiraka malikdir. Belə bir halda, Amerika prezidenti Donald Trampın etirafına görə, Vaşinqton İŞİD daxil olmaqla terror qruplarının meydana gəlməsində əsas amil olubdur.

Rəsmi məlumatlara görə, Amerika indiyədək Suriyada yerləşən terrorçulara milyardlarla dollar dəyərində silah və sursat veribdir.

Suriya rəsmiləri dəfələrlə vurğulayıblar ki, Amerikanın Suriyadakı hərəkətləri “işğal” deməkdir.

.......
340


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!