?>

ABŞ senatorları "Şimal Axını-2" boru kəmərinə qarşı sanksiyaya çağırıblar

ABŞ senatorları

Bəzi amerikalı senatorlar Vaşinqtonu “Şimal Axını-2” qaz layihəsinə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

ABNA24 Xəbər Verir, 20 nəfərlik qrupla birlikdə Ukrayna prezidenti Vladimir Zelinski ilə video əlaqə saxlayan demokrat senator Cin Şahin və respublikaçı senator Rob Portmən Rusiyanı enerjidən Avropaya qarşı bir alət kimi istifadə etməkdə ittiham ediblər.

ABŞ senatorları iddia edirlər ki, Vaşinqton Berlinin yeni hökuməti ilə sıx əməkdaşlıq edərək, Rusiyanın təbii qazını Baltik dənizinin dibindən Almaniyaya və oradan isə Avropanın digər ölkələrinə nəql edəcək "Şimal Axını-2" layihəsinin həyata keçirilməsinə mane olmalıdır. 

Rusiya prezidenti Vladimir Putin cümə günü "Şimal Axını-2" boru kəmərinin fəaliyyətinə mane olmaq cəhdlərini axmaqlıq adlandırıb, çünki bu, qazın qiymətini artıracaq.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*