?>

ABŞ seçkilərinin pərdə arxasından yeni faktlar üzə çıxıb

ABŞ seçkilərinin pərdə arxasından yeni faktlar üzə çıxıb

Bəzi hissələri ABŞ mediasında dərc edilən "Donald Tramp" haqqında yeni bir kitabda, bu ölkədə prezident seçkiləri gecəsi hadisələri təsvir edilib.

ABNA24 Xəbər Verir, "Vaşinqton Post" qəzeti yazıb ki, ABŞ-ın sabiq prezidentinin şəxsi vəkili Rudy Culiani seçkilər gecəsi Trampın seçki gərargahının üzvlərini, seçkilərin nəticəsindən asılı olmayaraq, ştatlarda qalib gəldiklərini elan etməyə çağırıb.

Bu kitab, "Vəziyyəti təkbaşına idarə bilərəm" adlanır və həmin qəzetin iki müxbiri tərəfindən Trampın Ağ Evdəki son bir ili ilə əlaqədar məsələlər haqqında yazılıb. 

Məlumata əsasən, Tramp Co Bayden haqqında köməkçisinə deyib ki, mən bu lənətə gəlmişə uduza bilmərəm.

"Vaşinqton Post"un müxbirləri yazıblar ki, Trampın seçki gərargahının rəsmiləri onunla görüş zamanı seçkinin ilkin nəticələrinin böyük ehtimalla onun lehinə olacağını, lakin poçtla verilən səslərin hesablanmasından sonra Co baydenlə fərqinin azalacağını gözləməli olduğunu söyləyiblər.

Tramp Co Baydenin qələbəsindən sonra, seçkilərin Baydenin lehinə saxtalaşdırıldığını iddia etdi. Rudy Culiani iddia ilə bağlı müxtəlif ştatlarda məhkəməyə müraciət etsə də, onun şikayəti təmin edilmədi. 

Bu yaxınlarda Kütləvi İnformasiya Vasitələri Culianinin vəkillik lisenziyasının məhkəmə qərarı ilə dayandırıldığını bildiriblər. Həmçinin seçki saxtakarlığı ilə bağlı Culiani komandasının məğlubiyyətindən sonra Trampın yaxınlarına onun maaşını verməməyi əmr etdiyi açıqlanıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*