?>

ABŞ polisi Portlend şəhərində 11 aksiya iştirakçısını həbs edib

ABŞ polisi Portlend şəhərində 11 aksiya iştirakçısını həbs edib

Bir neçə aydır irqçilik və polis özbaşınalığına qarşı etirazların səngimədiyi ABŞ-ın Portlend şəhərində 11 nəfər saxlanılıb.

ABNA24 Xəbər Verir, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.

Məlumata görə, yerli vaxtla təxminən 20:45-də bir qrup insan etirazın başladığı federal qurumun binasına doğru yürüş edib. Kütlə polis tərəfindən dağıdılıb.

“Portlend polisi izdiham arasındakı bəzi konkret şəxslərin polis əməkdaşlarına küt əşyalar atmaqla cinayət törətdiklərini müəyyən edib. Buna görə də 11 nəfər həbs olunub”, - deyə məlumatda qeyd olunub.

ABŞ-da xüsusilə prezident seçkilərinə qalan günlərdə polis zorakılığının və irqçiliyin şiddətlənməsinə etiraz məqsədli aksiyalar xeyli artıb.

Tramp hökuməti xalqın haqlı narahatlığı və etirazını polis gücünə boğmaq istəyir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!