?>
Qərbi Asiya Xəbərləri - İraq

ABŞ oğurladığı 4 min illik qədim artefaktları İraqa qaytarır

ABŞ oğurladığı 4 min illik qədim artefaktları İraqa qaytarır

Əhməd əl-Səhhaf: “Yanvarın 20-də yaşı 4 000 ildən çox olan iki artefakt İraq Respublikasının Los-Ancelesdəki Baş Konsulluğuna təhvil veriləcək.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ İraqdan oğurluq yolu ilə çıxarılmış iki qiymətli əsəri yenidən İraqa təhvil verəcək.

INA agentliyinin məlumatına görə, bu açıqlama ilə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf çıxış edib.

O qeyd edib ki, yanvarın 20-də yaşı 4 000 ildən çox olan iki artefakt İraq Respublikasının Los-Ancelesdəki Baş Konsulluğuna təhvil veriləcək.

Əs-Səhhaf qeyd edib ki, birinci artefakt qədim Şumer şəhəri Ura aid mixi yazı (mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar.red) lövhəsidir, ikincisi isə Qədim Babil dövrünə aid mixi yazının fraqmentidir.

Qeyd edək ki, Miladdan öncə III minilliyin ortalarında Şumerlərin istifadə etdikləri yazı mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Gil lövhəcik üzərində yazmaq çətin idi, ona görə də ucu şiş çubuqla gili basıb onun üstündə kiçik cib şəklində cızıqlar çəkməyə başladılar.

Qədim yazi növlərindən biridir. Vətəni Şumerdir. Mixi yazinin mənbəyi ideoqrafik yazı olmuşdur. Eradan əvvəl 4-cü minilliyin sonundan etibarən şumerliler müəyyən anlayışları bildirmək üçün daş və ya çiy gil üzərində basma üsulla çəkilmiş mixabənzər xətlərin kombinasiyalı şəkillərindən istifadə etmişlər.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*