?>

ABŞ-İngiltərə-Avstraliya razılaşmasında məqsəd

ABŞ-İngiltərə-Avstraliya razılaşmasında məqsəd

Rusiya təhülkəsizlik şurasının sədri xəbərdarlıq edib ki, Amerika, İngiltərə və Avstraliyanın son hərbi razılaşması Çindən əlavə, Rusiyaya qarşı düşmənçilik hərəkətidir.

ABNA24 Xəbər Verir, Nikolay Patruşev bildirib ki, Amerika və İngiltərənin Sakit Okeanda atom sualtı qayıqlarının yerləşdirilməsi üzrə Avstraliya ilə son razılaşması təkcə Çinə qarşı deyil, həm də Rusiya əleyhinə düşmənçilik hərəkəti sayılır.

Patruşev Vaşinqton-London-Kanberra razılaşmasını «Quad» və ya «QSD» adlandırılan «ABŞ-Hindistan-Yaponiya-Avstraliya» qrupu ilə müqayisə edib və amerikanların bu üçtərəfli razılaşmada məqsədini Asiyanın əksər nöqtələrində Vaşiqtonun mövqelərinin gücləndirilməsi adlandırıb.

Bundan öncə Çin hökumətinin yüksək vəzifəli rəsmiləri də dəfələrlə Amerika və İngiltərənin atom sualtı qayıqlarının düzəldilməsinə dair Avstraliya ilə razılaşması barədə xəbərdarlıq edib və onun regionda atom silahının yayılması istiqamətində olduğunu bildiriblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*