?>

ABŞ-ın Nyu-York Ştatında silahlı insident; ölən və yaralananlar var

ABŞ-ın Nyu-York Ştatında silahlı insident; ölən və yaralananlar var

ABŞ polisi Nyu-York ştatının Roşester şəhərində 12 nəfərə atəş açılmasından xəbər verib.

ABNA24 Xəbər Verir, şənbə günü Roçester şəhərində çıxan silahlı insident zamanı ən azı iki nəfər həyatını itirib.

ABŞ polisi yerli vaxtla şənbə günü səhər saatlarında Nyu-York ştatının Roçester şəhərində "Goodman" və "Pensilvaniya" küçələrində ölümcül atışmanın baş verdiyini bildirib. Bu barədə məlumatı ABŞ-ın "BNO News" kanalı yayıb.

Məlumata əsasən, ABŞ-ın Roçester şəhərində ən azı 12 nəfərə atəş açılıb və ilkin məlumata görə, onlardan ən azi ikisi həyatını itirib.

Şahidlərin dediyinə əsasən, hadisəni törədən şəxs və ya şəxslər elə bir halda atəş açıblar ki, hadisə yerində çoxlu sayda insan olub.

ABŞ mediaları və rəsmiləri hələ ki, sözü gedən hadisə barədə ətraflı məlumat verməyiblər və hücumçu və ya hücumçular barədə hər hansı bir məlumat yoxdur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!