?>

ABŞ-ın fond bazarında tənəzzül prosesi davam edir

ABŞ-ın fond bazarında tənəzzül prosesi davam edir

Ukrayna müharibəsinin üçüncü ayı ilə bir zamanda Amerikanın “Uoll-Strit” fond bazarında yaşanan təlatümlü həftə daha çox zərər və bu ölkənin fond bazarında ardıcıl beşinci həftə tənəzzüllə başa çatıb.

ABNA24 Xəbər Verir ,  Bu həftə Amerikada payların dəyərinin düşməsi fonunda investorlar bu ölkənin mərkəzi bankının durğunluğa və iş yerlərinin itirilməsinə bais ola biləcək/ inflyasiyanın artmasının qarşısını almaq üzrə səylərindən/ nigarandırlar.

Bu istiqamətdə fond indeksi olan «S ənd P 500» cümə günü özünün bir tam onda doqquz faizlik zərərinin bir hissəsini təmin etmiş olsa da, sıfır tam onda altı faizlik ziyanla bağlanıbdır.

«Dou Cons» sənaye indeksi də sıfır tam onda üç faizlə tənəzzül edibdir.

Analitiklərin sözlərinə görə, bazarın reaksiyası, investorların/ mərkəzi bankın ölkədə inflyasiyaya nəzarət etmək istiqamətində faiz dərəcələrini kəskin və davamlı şəkildə artırmaq üzrə davam edən səylərindən nigaran olduqlarını göstərir.

Amerika mərkəzi bankının statistikalarına görə, amerikan istehlakçıların borc səviyyəsi 2022-ci ilin mart ayında 52,4 milyard dollara çatıbdır ki, bu da öncəki il ilə müqayisədə 14 faizlik artımdan xəbər verir.

Həmin ayda kredit kartlarına şamil olan/ dövriyyədə olan kredit borcu da 21,4 faiz artıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*