?>
Sionizm Xəbərləri

ABŞ-ın Etnik Anlaşma Fondunun Prezidenti Ravvin Mark Şnayer: “Ən böyük yəhudi icması Azərbaycandadır”

ABŞ-ın Etnik Anlaşma Fondunun Prezidenti Ravvin Mark Şnayer: “Ən böyük yəhudi icması Azərbaycandadır”

Qeyd edək ki, Azərbaycanda Əliyevlər sülalə hakimiyyətinin apardıqları siyasətlər nəticəsində bütün yabançı dinlər və məzhəblər çox rahat şəkildə çoxalır və ayinlərini icra edirlər, lakin ölkənin 90% əhalisini təşkil edən Şiələrin isə öz ayinlərini keçirmək qadağan edilib. Belə ki, Mühərrəmlik ayında və digər aylarda kütləvi yığlışıb mərsiyələr oxumaq, rövzələr demək, İmamların əzadarlıqlarını saxlamaq, məsumların milad bayramlarını keçirmək, İmam Hüseyn bayraqlarını ucaltmaq və s. atributlardan istifadə etmək qadağandır. Bunu görənlər isə ağır nağd cərimələr ilə üzləşir və ya zindanlara məhkum olurlar.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, “Mən özümlə 14 pastoru Azərbaycana gətirmişdim. Onlar Azərbaycanda xristian abidələrinin çox olmasına, xristianların bu qədər rahat şəkildə ibadət etmələrinə şərait yaradıldığına inana bilmirdilər”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Etnik Anlaşma Fondunun Prezidenti Ravvin Mark Şnayer “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.
O bildirib ki, burada cəmiyyətə əmin-amanlığın necə təsir etdiyinə şahidlik ediblər: “Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində mümkün olub”.

M. Şnayer qeyd edib ki, sülhü qazanmaq olar: “Sülh istənilən qiymətdə ən ali hədəf deyil. Sülh özü insanın vicdan və ləyaqətinin ayrılmaz inteqralıdır. Sülh departamenti də olmalıdır. Sülh ya qazanıla bilər, ya da alına bilər. Sülhü şərə qalib gəlməklə də qazanmaq olar. Sülh ləyaqətin ayrılmaz çalarıdır. Sülh ümumi inamımız, qayğımızın təcəssümüdür. Mən şükranlarımı Prezident İlham Əliyevə çatdırıram. O, mədəniyyətlər arasında sülhün təşviqində mayak rolunu oynayıb”.

O, Prezident İlham Əliyevin yəhudi icmasına, İsrail dövlətinə olan münasibətini təqdir edib: “Ən böyük yəhudi icması məhz Azərbaycandadır”.

Qeyd edək ki, Azərbaycanda Əliyevlər sülalə hakimiyyətinin apardıqları siyasətlər nəticəsində bütün yabançı dinlər və məzhəblər çox rahat şəkildə çoxalır və ayinlərini icra edirlər, lakin ölkənin 90% əhalisini təşkil edən Şiələrin isə öz ayinlərini keçirmək qadağan edilib. Belə ki, Mühərrəmlik ayında və digər aylarda kütləvi yığlışıb mərsiyələr oxumaq, rövzələr demək, İmamların əzadarlıqlarını saxlamaq, məsumların milad bayramlarını keçirmək, İmam Hüseyn bayraqlarını ucaltmaq və s. atributlardan istifadə etmək qadağandır. Bunu görənlər isə ağır nağd cərimələr ilə üzləşir və ya zindanlara məhkum olurlar.




Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*