?>
Ameirka Xəbərləri

ABŞ Haiti prezidentinin terror etməkdə şübhəli bilinir - Foto

Qədim bir fransız müstəmləkəsi olan Haiti, Şimali və Cənubi Amerikada, Birləşmiş Ştatlardan sonra istiqlaliyyətini elan edən ikinci ölkədir. ABŞ-ın apardığı şeytani siyasətlər nəticəsində Haiti bu gün Qərb yarımkürəsinin ən kasıb ölkəsidir və xarici düşmən qüvvələrinin təsiri ilə idarəetməsindəki anarxiya vəziyyəti hələ də davam edir.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Çərşənbə günü səhər erkən saatlarında 53 yaşlı Haiti Prezidenti Juanel Moyes, özlərini narkotiklə mübarizə apardıqları bilinən naməlum şəxslər tərəfindən güllələnib. Qarşıdurmada prezidentin xanımı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Bu barədə Haiti polis şefi Leon Çarles televiziyaya verdiyi müsahibəsində bildirib ki, Haiti prezidenti Juanel Moyesə sui-qəsddə şübhəli bilinənlər saxlanılıb. Şübhəli qism kimi saxlanılanlar arasında iki ABŞ vətəndaşları da vardır.

Haiti, illərdir ki, yoxsulluq, iqtisadiyyatın tənəzzülə uğraması, daxili və siyasi ayrı-seçkilik, və qeyri-sabit sosial şəraitlər səbəbindən ciddi daxili qarışıdurmalar içindədir. Çoxları hesab edir ki, belə bir vəziyyətdə prezidentin terror edilməsi sosial vəziyyəti vətəndaş müharibəsinin yaranmasına qədər gətirə bilər.

Bəzi analtiklərin açıqlamalarına görə, Amerika Birləşmiş Ştatlarının Qərbi Asiyada xüsusi ilə də Əfqanıstanda 20 illik işğalçı siyasətinin biabırcasına iflasa uğramasının ardınca, mərkəzi ABŞ dövləti Haitid Respublikası, Kuba və sair Latın Amerika dövlətlərində daxili çəkişməər yaratmaqla dünya ictimaiyyətinin diqqətini öz uğursuz siyasətlərindən yayındırmağa çalışır.

Haiti Respublikası Amerika qitəsində Qəraib dənizində yerləşən bir ada dövlətidir. Kubanın şərqində yerləşən Hispanyola adasını Dominikan Respublikası ilə paylaşır və adanın qərb hissəsində yerləşir. Ərazisi 27750 km2 olan ölkənin əhalisi 10 milyon, paytaxtı Porto Prins şəhəridir.

Qədim bir fransız müstəmləkəsi olan Haiti, Şimali və Cənubi Amerikada, Birləşmiş Ştatlardan sonra istiqlaliyyətini elan edən ikinci ölkədir. ABŞ-ın apardığı şeytani siyasətlər nəticəsində Haiti bu gün Qərb yarımkürəsinin ən kasıb ölkəsidir və xarici düşmən qüvvələrinin təsiri ilə idarəetməsindəki anarxiya vəziyyəti hələ də davam edir.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*