?>
Qafqaz və Azərbaycan Xəbərləri

ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya səfər etmədiklərinə göz yuman Azərbaycandakı sektalar İrana hürürlər

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin səfirlərinin Şuşaya getməkdən imtina etməsinə göz yumanlar, səslərini ucaltmayan yəhudi, pantürkçü, vəhhabi və sair şeytani sektalar bu günlərdə İmam Xamenei cənablarının Bakıdakı nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnecatın və İİR səfirinin Şuşaya səfərini və Qədim Şuşa Məscidində ibadət etməklərini qınaq obyektinə çevirərək bunu Azərbaycan dövlətinə və xalqına qarşı böyük bir mənfi addım kimi göstərirlər.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, bu günlərdə, daha dəqiq desək iyulun 9-da Azərbaycan Respublikası tərəfindən rəsmən dəvət olunmalarına baxmayaraq, ABŞ, Rusiya və Fransa səfirləri, təşkil edilən Füzuli və  Şuşa səfərinə qatılmaqdan imtina etmişlər.

Sözügedən ölkələrin bu məsələdə sərgilədikləri ermənipərəst mövqelərinə rəğmən, həmin dövlətlərin regionda əsas iqtisadi tərəfdaşı məhz Azərbaycan olsa da lakin onlar bu addımı atmış və Şuşanın Azərbaycan ərazisi olduğunu inkar etdiklərini dolayısı ilə bəyan etmişlər.

Unutmamalıyıq ki, təkcə 2019-cu ildə Azərbaycanın ABŞ, Fransa və Rusiya ilə ümumi ticarət dövriyyəsi 4 milyard 601 milyon dollar olub. Uyğun olaraq Rusiya ilə 3 milyard 22 milyon, ABŞ ilə 791 milyon 884 min və Fransa ilə 787 milyon 366 min dollarlıq dövriyyə qeydə alınıb.

Amma Azərbaycanın İran İslam Respublikası ilə ümumi ticarət dövriyyəsi 500 milyon civarında olmasına rəğmən rəsmi Tehran Birinci Qarabağ Müharibəsində olduğu kimi İkinci Qarabağ Müharibəsində də Azərbaycan Respublikasının kənarında yer alıb, hətta cəbhə bölgələrindəki Azərbaycan hərbiçiləri üçün isti geyimlərdən tutmuş ağır silahlar göndərmiş və Azərbaycanın ərazi bütövlüyünə təkid edərək Azərbaycan tərəfinin bu müharibədə haqlı olduğunu vurğulamışdır.

Ancaq bütün bunlara baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin ABŞ, Rusiya və Fransanın Bakıdakı səfirlərinin Şuşaya getməkdən imtina etməsinə göz yumanlar, səslərini ucaltmayan yəhudi, pantürkçü, vəhhabi və sair şeytani sektalar bu günlərdə Ümümdünya Müsəlmanlarının Ali Lideri, İmam Xamenei cənablarının Bakıdakı nümayəndəsi Höccətül İslam vəl Müslimin Seyyid Əli Əkbər Ocaqnecatın və İran İslam Respublikasının səfirinin Şuşaya səfərini və Qədim Şuşa Məscidində ibadət etməklərini qınaq obyektinə çevirərək bunu Azərbaycan dövlətinə və xalqına qarşı böyük bir mənfi addım kimi göstərirlər.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*