?>

ABŞ Dövlət Departamenti Rusiyadakı qalan iki konsulluğunu bağlayır

ABŞ Dövlət Departamenti Rusiyadakı qalan iki konsulluğunu bağlayır

Trump administrasiyası ABŞ-ın Rusiyadakı qalan iki konsulluğunu bağladığı barədə Konqresə məlumat verib.

ABNA24 Xəbər Verir, Associated Press” aldiqi məlumatlara istinad edərək açıqlayib ki, ABŞ Dövlət Departamenti bu barədə millət vəkillərinə keçən həftə bildirib ki, ABŞ Vladivostokdakı konsulluğunu həmişəlik bağlayır və Yekaterinburqda yerləşən müəssisədəki fəaliyyətləri müvəqqəti dayandıracaq.

Bu qərar, ABŞ-ın Rusiyadakı nümayəndə heyətinin Rusiya tərəfindən onlara qoyulan məhdudiyyətlər və Rusiya ilə diplomatik viza qadağası barədə problemlərlə üzləşməsi ilə əlaqədardır.
“Associated Press”-in  məlumatına gorə, qərar barədə 10 dekabrda Konqresə bildirildinə baxmayaraq, o zaman bu barədə az diqqət çəkildi.
ABŞ-ın Rusiyadakı konsulluqlarının bağlanmanmasının dəqiq vaxtı hələ açıqlanmayıb.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində Rusiya, Vaşinqtonun Seattle'daki Rusiya konsulluğunu bağlamaq qərarına cavab olaraq ABŞ-ın Sankt-Peterburqdaki konsulluğunun bağlanmasına əmr verib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*