?>

ABŞ-dan Türkiyəyə qarşı növbəti təhdid

ABŞ-dan Türkiyəyə qarşı növbəti təhdid

ABŞ Senatının beynəlxalq məsələlər üzrə Komitəsi Anakaranı S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə bağlı Rusiya ilə yeni müqavilə bağlayacağı tədqirdə əlavə sanskiyalarla hədələyib.

ABNA24 Xəbər Verir, ABŞ Senatının beynəlxalq məsələlər üzrə Komitəsinin "Twitter"-də yayımladığı məlumatda bildirilir ki,"CAATSA (Sanksiyalar vasitəsi ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanunu - red.) ilə öz fikrimizi kifayət qədər aydın şəkildə izah etdik: Rusiya hərbçiləri və ya kəşfiyyat orqanları ilə böyük biznes aparan bütün qurumlara qarşı sanksiyalar tətbiq edilir. Türkiyənin hər hansı yeni hərbi texnika alışı növbəti sanksiyalara səbəb olacaq”

Bir qədər əvvəl CBS telekanalına müsahibə verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın vaxtlarda Rusiya istehsalı olan daha bir partiya S-400 alacağını bildirmişdi. Ərdoğanın sözlərinə görə, Türkiyə bu məsələdə qərar vermək hüququnu əvvəlki kimi özündə saxlayır və heç bir ölkənin onun işinə qarışmağa ixtiyarı yoxdur.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 HHM alay dəstinin alış-satışı ilə bağlı müqavilə imzalayıb, zenit komplekslərinin Ankaraya təhvil verilməsinə isə 2019-cu ilin yaz-payız aylarında başlanılıb.

Müqavilə Türkiyənin ABŞ-la münasibətlərində böhran yaradıb: Vaşinqton bunun əvəzində Türkiyəyə yeni F-35 qırıcılarının satışını gecikdirmək və ya hətta ləğv etməklə yanaşı, CAATSA-ya uyğun olaraq sanksiyalar tətbiq etməklə Amerika istehsalı olan "Patriot" komplekslərinin alınmasını tələb edib.

Sanskiyalara baxmayaraq, Ankaranın S-400-lərdən imtina etmək niyyəti yoxdur. Üstəlik, Türkiyə Prezidenti avqustun sonunda Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci alayının alınacağını bildirib.

Daha sonra, ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq, Ərdoğan Rusiya ilə sövdələşmənin artıq yekunlaşdığını və bu məsələyə yenidən baxılmayacağını bəyan edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*