?>

ABŞ-dan Rusiya və Çinin 103 şirkətinə qarşı sanksiyalar

ABŞ-dan Rusiya və Çinin 103 şirkətinə qarşı sanksiyalar

ABŞ-ın Ticarət Nazirliyi Rusiya və Çinin 103 şirkətini qara siyahıya salıb.

ABNA24 Xəbər Verir, ABŞ Ticarət Nazirliyi Rusiya və Çinin ordu ilə əlaqəli 103 şirkətinin siyahısını açıqlayıb və onların ixracatına məhdudiyyətlər tətbiq edildiyi bildirilib. Bu şirkətlər silahlı qüvvələrlə bağlı olduğundan onların ixrac əməliyyatlarına məhdudiyyətlər tətbiq olunacaq.

Nazirliyin saytında dərc olunmuş siyahıda Rusiyadan 45, Çindən isə 58 şirkətin adı var.

Sənəddə qeyd olunur ki, bu, "məhsullarının son istehlakçıları hərbçilər olan" şirkətlərin siyahısının hələ ilkin variantıdır.

Bildirilir ki, siyahıya Rusiyanın Müdafiə Nazirliyi, xüsusi "Rusiya" uçuş dəstəsi, aviasiya, kosmik və digər sahələrin iri şirkətləri, eləcə də şimal qonşumuzun Xarici Kəşfiyyat Xidməti daxildir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*