?>

ABŞ-da yerli məktəblilərin kütləvi qəbri aşkar edilib

ABŞ-da yerli məktəblilərin kütləvi qəbri aşkar edilib

Amerikanın Nebraska ştatındakı bir məktəbdə yüzdən çox yerli məktəblinin cəsədinin qalıqları aşkar edilib.

ABNA24 Xəbər Verir, Məktəblilər 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində, yerli sakinlərin övladlarına təlim keçən Amerika hökumətinin nəzarəti altında olan məktəblərdə həyatlarını itiriblər.

Məktəblilər müxtəlif metodlarla həyatlarını itiriblər.

Təəssüflər olsun ki, onların bəziləri vərəm və sətəlcəm kimi xəstəliklər nəticəsində vəfat ediblər. Onların bir qismi isə suda batıb və hətta onların bəzilərinin bədənlərinə atəş açılıbdır.

Hələ digər məktəblilərin ölüm səbəbləri aşkar edilməyib və bu barədə təhqiqatlar davam edir.

Məktəblilərin cəsədlərinin tapıldığı məktəbin banisi ABŞ ordusunun generalı olub.

Belə görünür ki, Amerika hökuməti, Taskiqi-də bu ölkənin yerli sakinlərinin qırğın edilmələrini gizlətdiyi kimi, bu məsələni də ört-basdır etmək istəyir.

Nebreska universitetinin tarix müəllimi Marqaret Jakobs bu haqda belə deyib: Bu məkanlar məktəblər deyil,/ ailələri və ölkələrindən ayırmaq üçün yerli məktəblilərin göndərildikləri mərkəzlər olublar.

Jakobs sözlərinə belə davam edib: Məqsəd, onların dilləri, dinləri və mədəniyyətlərini aradan götürmək olubdur. Bu məktəblərdə xeyli sayda psixoloji və cinsi işgəncələr mövcud olub.

Bu məkanlar kobud və amansız məkanlar olublar. Məktəbliləri əksər hallarda öz ailələrindən zorla ayırardılar.

Yerli məktəblilərin ölümü Amerikanın Nebreska ştatı ilə məhdudlaşmır. Cari ildə Kanadada 1200-dən çox kütləvi qəbir aşkar edilibdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*