?>

ABŞ-da sosial çaxnaşmaların kəskinləşməsi haqda xəbərdarlıq

ABŞ-da sosial çaxnaşmaların kəskinləşməsi haqda xəbərdarlıq

Amerikalı ekspertlər seçki rəqabətlərinin qızğın çağında bu ölkədə sosial çaxnaşmaların kəskinləşməsi ehtimalından nigarandırlar.

ABNA24 Xəbər Verir, Amerikada müxtəlif qruplar arasında zorakı toqquşmaların baş verməsinin ardınca ekspertlər ABŞ prezidenti Donald Tramp ilə onun rəqibi, demokrat partiyasının namizədi Co Bayden arasındakı seçki rəqabətlərinin qızğın çağında bu ölkədə ictimai çaxnaşmaların kəskinləşməsi ehtimalı haqda xəbərdarlıq ediblər.

«İndipendent» qəzeti xəbər verib ki, çərşənbə axşamı günü Oreqon ştatı, bu ştatdakı çaxnaşmaların 102-ci günü ilə bir zamanda sağ və sol təmayüllü qruplar arasında zorakı toqquşmalar səhnəsinə çevrilibdir.

Assoşieyted-Press də xəbər veribdir ki, Portlend şəhərində də Trampın tərəfdarlarından bir qrupu, qaradərililərə qarşı rasistcəsinə ayrı-seçkiliklə müxalif olan qrupların aksiyaçıları ilə toqquşubdur.

Amerikanın müxtəlif şəhələri cari ilin 25 mayından və Minesota ştatının Minneapolis şəhərində polisin afroamerikalı Corc Floydu qətlə yetirməsindən sonra bu ölkə polisinin rasistcəsinə rəftarına qarşı etirazçı xalqın aksiyaları səhnəsinə çevriliblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!