?>

ABŞ-da silahlı insident zamanı 3 nəfər ölüb, 2 nəfər yaralanıb

ABŞ-da silahlı insident zamanı 3 nəfər ölüb, 2 nəfər yaralanıb

ABŞ-ın Luiziana ştatında silah mağazası yaxınlığında baş verən atışma nəticəsində azı üç nəfər ölüb, iki nəfər isə yaralanıb.

ABNA24 Xəbər Verir, bu barədə Cefferson dairəsinin şerifi Periş Cozef Lopinto öz açıqlamasında bildirib.

“Twitter” vasitəsilə yayılan açıqlamaya görə, polis əməkdaşları şənbə günü yerli vaxtla saat 02:50-də atışma barədə məlumat alaraq hadisə yerinə gəliblər və orada odlu silahla yaralanmış bir neçə nəfəri görüblər. Onlardan üçü ölüb, ikisi isə xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti hazırda stabildir.

Şerifin dediyinə görə, şübhəli şəxs mağazanın içərisində iki nəfəri vurub, daha sonra çölə çıxıb və bu vaxt başqaları tərəfindən vurulub. O, yerindəcə keçinib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!