?>

ABŞ-da Qarabağ ermənilərinin rəmzi olan abidə qoyuldu

ABŞ-da Qarabağ ermənilərinin rəmzi olan abidə qoyuldu

Amerikada Azərbaycan Respublikasının ayrılmaz parçası olan Qarabağ torpaqlarında qondarılmış separatçı rejimin rəmzlərini əks etdirən abidə qoyulub.

ABNA24 Xəbər Verir,  heç bir dövlət  və beynəlxalq qurum tərəfindən tanınmayan saxta qurumun rəmzi olduğunu bilə-bilə bir abidənin açılışına icazə verirməklə Birləşmiş Ştatlar hökuməti bir daha Ermənistanın və Qarabağ separatçılarının təəssübünü çəkdiyini nümayiş etdirib.

Amerikada Azərbaycan Respublikasının ayrılmaz parçası olan və 44 günlük savaşdan sonra da bir hissəsi Rusiya “sülhməramlı” kontingentinin məsuliyyət zonası elan edilmiş Qarabağ torpaqlarında 30 ildən çoxdur  qondarılmış separatçı rejimin rəmzlərini əks etdirən abidə qoyulub.

Məlumatda deyilir ki, Amerikanın Ohayo ştatının Klivlend şəhərində üzərində Artsaxı təcəssüm etdirən məşhur “Biz və dağlarımız” abidəsinin təsviri və Artsax bayrağının əks olunduğu abidənin açılışı olub.

Xatırladaq ki, Qarabağ ermənilərinin vəziyyəti 44 günlük müharibədən sonra ABŞ-ın hakimiyyət orqanlarının diqqətindən kənarda qalmır və onlar vaxtaşırı separatçılara bu və digər yollarla dəstək verirlər. Bununla əlaqədar bu yaxınlarda ABŞ Senatının maliyyə komitəsi Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün 2 milyon dollar ayrıldığını açıqlayıb.

Senatorlar öz açıqlamalarında bildiriblər ki, Birləşmiş Ştatlar hökuməti Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək və onların həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni edəcəkdir. 

Birləşmiş Ştatlar 2020-ci il noyabr ayı da “Dağlıq Qarabağ münaqişəsində zərər çəkən əhaliyə yardım” məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə 5 milyon dollar ayırmışdı.

Digər tərəfdən hazırda rəsmi Bakının etirazlarına baxmayaraq, ABŞ hökuməti Qarabağ münaqişəsinin bitmədiyini bildirməklə bu bölgəyə yeni statusun verilməsində israrlıdır. 

ABŞ prezidenti Co Baydenin mövqeyi belədir ki,  “Ermənistan xalqı təhdidlər, o cümlədən Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzləşib, bu da faciəvi itkilərə səbəb olub. Ona görə də ABŞ erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcək”.

Bunu Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Nikol Paşinyana yazdığı məktubda Amerika prezidenti ifadə etmişdi. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*