Kütləvi meşə yanğını səbəbindən ABŞ-ın Kaliforniya ştatında evakuasiya elan edilib.
ABNA24 Xəbər Verir, bu barədə Klivlend milli qoruğunun "Twitter" səhifəsində məlumat verilib.
Məlumata görə San Dieqo əyalətinin Alpayn yaşayış məntəqəsinin yaxınlığında meşələr yanır. Yanğının sahəsi 120 hektardan çoxdur.
"Yanğının yayılma sürəti təhlükəlidir, evakuasiya elan edilib", - "Twitter"də yazılır.
Xilasetmə işləri aparılır. Xəsarət alan və ölənlər barədə məlumat verilmir.
342/