?>

ABŞ bir çox Çin şirkətlərinə qarşı sanksiya tətbiq etdi

ABŞ bir çox Çin şirkətlərinə qarşı sanksiya tətbiq etdi

ABŞ hökuməti Çinin bir sıra şirkətlərini sanksiya siyahısına salıb.

ABNA24 Xəbər Verir, ABŞ Ticarət Departamentinin açıqlamasına görə, ölkənin milli təhlükəsizliyini qorumaq məqsədilə Çinin SMİC (Semikonductor Manufacturing İnternational Corporation) şirkəti sanksiya siyahısına daxil edilib.

Bu addımın Çinin vahid mülki-hərbi doktrinasında, habelə SMİC ilə Çinin hərbi sənaye kompleksi ilə yaxın əlaqələrindən irəli gəldiyi bildirilir.

“Biz get-gedə daha davakar olan düşmənin hərbi qüdrəti üçün qabaqcıl ABŞ texnologiyalarından yararlanmasına yol verə bilmərik”, - ABŞ-ın ticarət naziri Uilbor Ross bu məhdudiyyətlərin məqsədini açıqlayıb.

Sanksiya siyahısına həmçinin Çində insan hüquqlarının pozulmasında, Cənubi Çin dənizində silahlanma və qanunsuz iddiaların irəli sürülməsində, Xalq Azadlıq Ordusunun proqramlarını dəstəkləmək üçün ABŞ məhsullarının istifadəsində, ABŞ ticarət sirlərinin yayılmasında və s. iştirak edən 60-dək şirkət və fərdin də daxil edildiyi diqqətə çatdırılıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*