?>

ABŞ: Azərbaycanda məxfi laboratoriya yoxdur

ABŞ: Azərbaycanda məxfi laboratoriya yoxdur

ABŞ Dövlət Departamentinin sözçüsü Qərbin Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə gizli bioloji tədqiqat laboratoriyaları yaratması ilə bağlı Rusiyanın iddialarını təkzib edib.

ABNA24 Xəbər Verir , Ned Prays gündəlik brifinqdə Turan Xəbər Agentliyinin sualının cavabında bildirib ki, Azərbaycan Respublikasında biolaboratoriyalarla bağlı Rusiyanın bəyanatları yalandır.

Dövlət Departamentinin mətbuat katibi sonra qeyd edib: "Biz kimyəvi silah və bioloji silah üzrə konvensiyalarla bağlı öz mövqeyimizi çox dəqiq müəyyənləşdirmişik".

Xatırladaq ki, şənbə günü Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə guya xaricdən maliyyələşdirilən bioloji tədqiqat laboratoriyalarının olması ilə bağlı Moskvanın yaydığı məlumatı təkzib edib.

Bildirilib ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur.

İlk dəfə yanvarın 22-də “Rossiya-24” telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Sənədli filmdə Azərbaycanda da belə laboratoriyaların mövcudluğu qeyd olunub. Filmdə Ermənistandakı laboratoriyalar haqda da söhbət açılır.

Rusiya hökuməti təkcə Ukraynada 30 bioloji laboratoriya yaradıldığını və bununla bağlı ciddi faktlar topladığını bildirir. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*