?>

AB-nin bəzi üzvləri təhdidlə çıxış ediblər

AB-nin bəzi üzvləri təhdidlə çıxış ediblər

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyib ki, birliyin bəzi üzvləri Rusiya nefti və qazının kollektiv şəkildə boykot edilməsinə veto qoyacaqlar.

ABNA24 Xəbər Verir , Cozep Borrel «Lena Nyus»la müsahibədə bildirib ki, Avropa Birliyi hal-hazırda Rusiyanın nefti və neft məhsullarının kollektiv şəkildə boykot edilməsinə dair heç bir plana malik deyil, zira birliyin bir neçə üzvü bundan qabaq belə bir təşəbbüsə və kollektiv qərara veto qoyacağı ilə hədələyib.

«Fiqaro» qəzeti bu gün Borrelə istinadla yazıb: Rusiya neftinin sanksiya edilməsi üzrə birgə razılığa çatmaq son dərəcə sərt tariflərin artırılması ilə yanaşı olacaq.

Fiqaro-nun yazdığına görə, Rusiyanın mədən resurslarına qarşı sanksiyalar sahəsində Polşa və Fransa kimi bəzi ölkələr Rusiya nefti və qazının tam şəkildə boykot edilməsini istəsələr də, Almaniya, Avstriya və Macarıstan kimi ölkələr ona qarşıdırlar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*