2 yanvar 2020 - 07:53
Şimali Koreya ABŞ-a xəbərdarlıq edib

Şimali Koreya lideri ABŞ-a Pxenyana qarşı düşmənçilik hərəktləri barədə xabərdarlıq edib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kim Çen In yeni ildə etdiyi çıxışında qeyd edib ki, əgər ABŞ bu ölkəyə qarşı düşmənçilik siyasətlərini davam etdirərsə Koreya yarımadasında heç vaxt nüvə tərk-silahı baş verməyəcək.

Nüvə daşındırıcılıq səviyyəsinin ABŞ-ın münasibət və hərəkətlərindən asılı olduğuna toxunan Şimali Koreya lideri əlavə edib: "Pxenyan ABŞ-ın qarşısında dayanmaq üçün yeni və stratejik bir silah planlaşdırır".

Kim Çen In ABŞ-a nüvə və raket proqramları ilə əlaqədar danışıqları təxirə salacağı təqdirdə böyük xəsarətlərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Şimali Koreya hərəkətə keçəcək və ABŞ-a danışıqlardan sui-istifadə etmək imkanı verməyəcək.

Eyni zamanda Şimali Koreya lideri qeyd edib ki,  ABŞ regionda hərbi təlimlərini davam etdirəcəyi təqdirdə Şimali Koreya nüvə daşındırıcılıq  və qitələr arası ballistik raketləri sınağı qadağasına riayət etməyəcək.

Pxenyan bundan öncədə xəbərdarlıq etmişdi ki, əgər ABŞ 2019-cu ilin sonuna qədər müzakirələri bərpa etməzsə Vaşinqtona bir "Milad Hədiyyəsi" (uzaqmənzilli raket sınağı) verəcəkdir.

İndiyə kimi ABŞ prezidenti Donald Tramp və Şimali Koreya Prezidenti Kim Çen In arasında Sinqapur, Vyetnam və iki Koreya sərhəddində üç raund görüş baş tutub ki, Vaşinqtonun Pxenyan qarşısında öhdəliklərinə sadiq qalmadığı üçün məğlubiyyətlə üzləşib.

..........
340