ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Rusiya dövlətinin başçısı İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılmasının yolverilməz olduğunu bildirib. Qeyd edib ki, bəzi dairələr tarixi saxtalaşdırmağa çalışsalar da, onların cəhdləri boşa çıxacaq. Çünki tarixi faktlar var və onu saxtalaşdırmaq mümkün deyil.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüş iştirakçıları ilə birgə “1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış oldu
Sərgidə toplanan arxiv sənədlərinin əsilləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir.
...........
340