30 noyabr 2019 - 09:30
In yeni raket sınağından razıdır

Şimali Koreyanın rəhbəri Kim Çen In bu ölkənin yeni raket sınağına nəzarət etdikdən sonra öz razılığını ifadə edibdir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahının bildirdiyinə görə, Şimali Koreya cümə axşamı günü yeni bir raketi sınaqdan keçiribdir.

Yaponiya da bu raket sınağını təsdiq edibdir. Hələ raketin növü və atışların sayı barədə artıq təfərrüat əldə olunmayıbdır.

Bu, Şimali Koreyanın cari milad ilində sınaqdan keçirdiyi on üçüncü raket sınağıdır.

Bundan öncə Şimali Koreyanın media mənbələri bildirmişdilər ki, Pxenyan ABŞ ilə diplomatiya sahəsində nəzərəçarpacaq irəliləyişə nail olmaycağı halda, yeni yolda addımlamağa hazırdır.

Şimali Koreya tərəfindən raket atışı xəbəri elə bir halda yayılıbdır ki, bu ölkə ilə Amerika arasında ekspert müzakirələrinin ən son mərhələsi İsveçin Stokholm şəhərində heç bir nailiyyət əldə etmədən başa çatıbdır.

.........
340