ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Evo Morales öz istefasını təqdim edərkən deyib: Mübarizə burada bitmir və biz ölkəmizdə bərabərlik və sülhə çatmaq üçün təvazökar xalq, yoxsullar, sosial sektorlar və vətənpərvərlərlə yanaşı bu mübarizəni davam etdirəcəyik.
Morales Boliviyanın durumunu tarixi və nadir bir vəziyyət adlandırıb. Vurğulayıb ki, o, ölkədə sülhün ardınca olmağa borcludur.
Morales Boliviya xalqına xitab edərək, deyib: Mən bu ölkənin bütün xalqının yerli prezidenti kimi vurğulayıram ki, bu anda dincliyə nail olmaq ardınca olmaq gərəkdir.
Boliviya prezidenti ümidvarlıq edib ki, məğlub olmuş namizəd Karlos Mesa və Morales hökuməti müxaliflərinin lideri Fernando Kamço bu mesajı dərk etmiş olacaqlar.
Morales onlara və müxaliflərə xitabən deyib: Bacılar və qardaşlarla pis rəftar etməyin, yoxsullara ziyan vurmayın, xalqdan öz maraqlarınız istiqamətində sui-istifadə etməyin və onları yalanla aldatmayın.
Morales vurğulayıb ki, ən böyük arzusu, sülh və asayişin Boliviyaya qayıtmasıdır.
Morales bütün Boliviya xalqından və bütün dünyadan istəyibdir bilsinlər ki, asılı qruplar necə demokratiyaya qarşı fitnə törədirlər.
Amerikanın oktyabrın 20-də keçirilən və hazırkı prezident Evo Moralesin qələbəsi ilə nəticələnən Boliviya prezident seçkilərinə qarşı müdaxilələri və müxaliflərin etirazlarının şiddətlənməsi ilə o, dünən ordunun təzyiqi nəticəsində istefa verməyə məcbur oldu.
.........
340