4 noyabr 2019 - 08:06
Minlərlə rumıniyalı ağacların kəsilməsinə etiraz edib

Minlərlə rumıniyalı dünən ağacların qeyri-qanuni şəkildə və geniş miqyasda kəsilməsinə etiraz olaraq paytaxt Budapeştdə və ölkənin digər şəhərlərində aksiya keçirib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Budapeştin mərkəzində 4 min insan Su və Meşə Nazirliyinə doğru yürüş keçirərək, " Bizim meşəmiz sizin malınız deyil" və " oğrular" kimi şüarlar səsləndiriblər.

Rumıniyanın yaşıl sülh və digər ətraf mühit tərəfdarlarının təşkil etdiyi aksiyada iştirakçılar, meşəni mühafizə məmurlarına qarşı hücumlar barədə cinayət işinin başlanılmasını eləcə də, ağacların kəsilməsi hallarını müəyyənləşdirən avtomat şəbəkənin dərhal təkmilləşdirilməsini, daha sərt qanunların qəbul edilməsini istəyiblər.

Silva fəhlə birliyi deyir: Son illərdə 6 meşəbəyi ağacları qeyri-qanuni olaraq kəsmək istəyənləri yaxaladıqda qətlə yetirilib və başqa 650 ətraf mühit keşikçisi də döyülüb yaxud küt alətlərlə hücumlara məruz qalıb, bəzi hallarda onların üzərinə odlu silahdan atəş də açılıb.

Yaşıl sülhün araşdırmaları göstərir ki, Avropanın insanın müdaxiləsindən qorub saxlanılmış və çeşidli vəhşi həyatı özündə yerləşdirən məhdud miqyaslı meşələrinin son nümunələrindən biri Rumıniyada yerləşir və qeyri-qanuni ağac kəsmələr nəticəsində  hər bir saat ərzində bu müşələrin 3-9 hektarı məhv olmaqdadır.

Dünən Rumıniyanın digər şəhərlərində də ağacların kəsilməsinə qarşı kiçik aksiyalar keçirilib. Etirazçılar üzərində " Fövqəladə ekoloji durum" və " Meşəni xilas edək" kimi şüarlar yazılmış plakatlar daşıyıblar.

........
340