ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransa hökumətinin siyasətinə etiraz edən aksiyaçılar- “sarı jiletlilər” ardıcıl 51-ci həftənin şənbə günü bu ölkənin müxtəlif şəhərlərində nümayiş keçiriblər.
Fransız mənbələr bildiriblər ki, təhlükəsizlik qüvvələri bu ölkənin müxtəlif bölgəlrində sarı jiletlilərlə mübarizədə dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər.
Fransız mənbələrə görə, onlarla etirazçı həbs olunub.
Fransa 2018-ci il noyabrın 17-dən bəri hökumətin siyasətinə qarşı xalq etirazlarının şahididir.
Fransadakı etirazlar zamanı indiyədək on bir nəfərdən çox insan öldürülüb, təxminən on dörd min nəfər yaralanıbdır.
..........
340