ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Twitter, Əlminar telekanalının hesabını onun təbirincə desək, sosial media qanunlarının pozulmasına görə dayandırıb.
Livanın Əlminar telekanalının saytı bu xəbəri təsdiqləyərək yazıb: Twitter-də Əlminar telekanalına aid olan bütün səhifələr, o cümlədən bu telekanalın xəbər və verilişlər barədəki səhifələri bloklanıbdır.
Əlminar telekanalı əlavə edib: Görünür, Twitter bu addımı siyasi təzyiqlərə görə atıbdır.
Twitter-də Əlminar telekanalı səhifəsinin təqribən bir milyon izləyicisi var.
ABŞ hökuməti bundan öncə bölgədə Müqavimət qüvvələrinə qarşı təzyiqləri artırmış və onların əleyhinə sərt sanksiyalar tətbiq etmişdi.
........
340