17 oktyabr 2019 - 07:05
Tramp və Pelosinin qarşıdurması bir daha şiddətlənib

Dünən demokratların Ağ Ev-dəki iclası tərk etmələrindən sonra Tramp-Pelosi höcətləşməsi neçənci dəfə şiddətlənib və iki tərəf bir-birilərinin psixoloji sağlamlıqlarını şübhə altına alıbdır.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerika prezidenti Donald Tramp Vaşinqton vaxtı ilə dünən gecə Suriya barədə informasiyanın çatdırılması barədəki yığıncaqda konqresin partiya liderlərinə ev sahibliyi edirdi.

Görüş demokrat liderlərdən biri ilə höcətləşməyə və demokratların iclası tərk etmələrilə bitib.

Tramp bu yığıncaqda ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosini üçüncü dərəcəli siyasətçi adlandırıb. Bu da Pelosinin narahatlığına və yığıncağı tərk etməsinə bais olub.

Pelosidən sonra senatda və ABŞ konqresinin nümayəndələr palatasındakı demokrat azlıq və əksəriyyətin liderləri Çarlz Şumer və Steni Hoyer yığıncağı tərk ediblər.

Amerika prezidenti Donald Tramp tvitterdə yazıb: Nensi Pelosi təcili yardıma ehtiyaclıdır! Və ya onun beyin problemi var.

Bu iclasdan öncə ABŞ konqresinin nümayəndələr palatası bir qətnamə qəbul edərək, prezidentin amerikalı qüvvələri Suriyanın şimalından çıxarmaq barədəki qərarını tənqid etmişdi.

.........
340