29 sentyabr 2019 - 06:11
Bakıda beynəlxalq kitab sərgisi başlanıb

İranın iştirakı ilə Bakıda beynəlxalq kitab sərgisi açılıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu beynəlxalq kitab sərgisində dünyanın 22 ölkəsindən 125 naşir, o cümlədən İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət attaşesi və mədəniyyət sərgsi müəssisəsi İranı təmsil edirlər.

İranın mədəniyyət sərgsi müəssisəsinin pavilyonunda İran naşirlərinin/ bir qismi azərbaycan dilinə təcürmə olunmuş fars dili, iranşünaslıq, uşaq-yeniyetmə və incəsənət sahələri üzrə 400-dən çox adda kitabı sərgilənib.

İranın Bakı kitab sərgisindəki pavilyonunun məsul şəxsi Murad Xəzayi deyib: Bakı və Tehran kitab sərgiləri arasında imzalanmış razılaşmaya əsasən, ikinci dəfə olaraq bu sərgidə iştirak edirik.

Bu beynəlxalq kitab sərgisi sentyabrın 29-dək davam edəcək.

........
340