ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İlham Əliyev dünən Bakıda Türkiyənin 1-ci vitse-prezidenti Fuat Oktay və onu müşayiət edən nümayəndə heyətilə görüşdə iki ölkə arasında dostcasına münasibətlərin genişlənməsinə və ticarət mübadilələri həcminin üç milyard dollara çatmasına işarə edib. Bildirib ki, iki ölkə arasında böyük ortaq proyektlərin, xüsusən iri enerji layihələrinin icrası bölgənin inkişafı üçün çox önəmlidir.
Azərbaycan Respublikasının prezidenti Türkiyənin iqtisadi müəssisələrinin bu ölkədəki fəaliyyətini iqtisadi əlaqələrin genişlənməsi və iki ölkə arasında ticarət dövriyyəsinin artması üçün faydalı adlandırıb.
Əliyev Türkiyə ilə birgə komissiyanın fəaliyyətini müsbət dəyərləndirib. Əmin olduğunu bildiribdir ki, Türkiyənin 1-ci vitse-prezidentinin Azərbaycan Respublikasına səfəri iki ölkə arasındakı dostcasına münasibətlərin yüksəlişinə kömək edəcək.
......
340