8 sentyabr 2019 - 06:00
Bağdadda beş terror partlayışı baş verib

İraq mediaları dünən gecə bu ölkənin paytaxtı Bağdadda beş terror partlayışının baş verməsindən xəbər veriblər.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqlı qaynaqlar bildiriblər ki, bu beş partlayış Bağdadın mərkəzi, cənubu, şərqi və cənub-qərbində baş veribdir.

İraqın "Suməriyyə Nyus" telekanalı bildiribdir ki, həmin partlayışlarda azı on bir nəfər yaralanıbdır.

İŞİD terror qrupunun İraqda məğlub olmasına baxmayaraq, hələ də bu terror qrupunun bir sıra üzvləri bu ölkənin müxtəlif bölgələrində iştirak edərək, pərakəndə şəkildə terror hərəkətlərinə əl atırlar.

......
340