(ABNA24.com) Donald Tramp dünən yeddilər qrupunun Fransanın Biarrits şəhərində keçirilən zirvə görüşünün kənarında Əfqanıstandan çıxmağa dair yeni zaman cədvəlinin təyin edilməsi haqda jurnalistlərə deyib ki, Amerikanın Əfqanıstandan çıxmaq niyyəti yoxdur.
Tramp iddia edib ki, Amerika Əfqanıstanda sülhün bərqərarı və təhlükəsizliyin təmin edilməsi üçün öz hərbi iştirakını davam etdirəcək.
O, öncəki iddialarını təkrar edərək, deyib: Vaşinqton qısa müddətdə 18 illik Əfqanıstan savaşına son qoya bilər, amma on milyon nəfərin ölümünü istəmir.
......
340