24 avqust 2019 - 08:42
Pxenyan Vaşinqtona xəbərdarlıq edib

Şimali Koreyanın xarici işlər naziri ABŞ-ın Pxenyana qarşı iqtisadi sanksiyalarının davam etməsi haqda xəbərdarlıq edib.

(ABNA24.com) Ri Yon-ho bu gün deyib: Amerika Pxenyana qarşı sanksiyaları ləğv etməzsə, Şimali Koreya silah sınaqları və digər hərbi inkişaf fəaliyyətlərini bərpa edə bilər.

O, əlavə edib: Şimali Koreya Amerika ilə həm qeyd-şərtsiz dialoqa, həm də qarşıdurmaya hazırdır

Amerika prezidenti Donald Tramp son zamanlar müzakirələrdə irəliləyişin əldə olunmayacağı zamanadək bu ölkənin Şimali Koreyaya qarşı sanksiyalarının davam edəcəyindən xəbər vermişdi.

Pxenyan və Vaşinqton başçıları son bir ildə öncə Sinqapurda, sonra isə Vyetnamın paytaxtı Hanoyda iki görüş keçirdilər və heç bir nəticə əldə etmədilər.

Şimali Koreya Amerikanın Pxenyana qarşı sanksiyalar tətbiq etməsini düşmənçilik hərəkəti və iki ölkə başçıları iclaslarının davam etməsi yolunda bir problem hesab edir.

......
340