21 avqust 2019 - 10:18
Avropa və İngiltərə breksitin ağır yükü altında

İngiltərə Avropa Birliyindən çıxacağı təqdirdə, yanacaq, dərman və qida maddələri çatışmazlığı kimi problemlərlə üzləşəcək. Bu problemlərdən Avropaya da müəyyən pay düşəcəkdir.

(ABNA24.com) İngiltərənin Avropa Birliyindən çıxması üzrə əks-sayılış başlanıbdır. Möhlət 31 oktyabradəkdir. Siyasi müşahidəçilərin analizlərinə görə, bu çıxış həm Londona, həm də Brüsselə xəsarətlər nəsib edəcəkdir. İngiltərə öz çıxışı ilə proqnozlara əsasən, yanacaq, dərman və qida maddələri çatışmazlığı kimi problemlərlə üzləşəcək. Qarşı tərəf, yəni Avropa da bu problemlərdən paysız qalmayacaqdır.

Belə ki, Avropanın birinci iqtisadi qüdrəti, yəni Almaniyanın iqtisadi inkişafı 2017-ci ildəki 2,2 rəqəmindən yarım faiz aşağı, başqa sözlə, hardasa on yeddi milyard dollar olacaq.

Bundan başqa, İngiltərənin hər il Avropanın xərclərini təmin etmək üçün ödədiyi təqribən on milyard avro payı digər üzvlərin üzərinə düşəcəkdir. Bu, macəranın hamısı deyildir. Breksitin siyasi nəticələri də olacaq. Yəni birliyin digər ölkələri ya gərək öz gələcəklərini həmin birlikdən ayrılaraq, müstəqil olmaqda görməlidirlər, ya da ki, İngiltərənin yoxluğu şəraitində bir-birilərinə yaxınlaşaraq, müttəfiq olmalıdırlar.

......
340