7 iyul 2019 - 04:57
Maduro müxaliflərlə dialoqa təkid edib

Venesuela prezidenti bu ölkə hökumətinin Norveçin ev sahibliyi ilə keçirilən hökumət müxaliflərilə müzakirələrin davam etməsi üzrə öhdəliyinə təkid edib.

(ABNA24.com) Venesuela prezidenti bu ölkə hökumətinin Norveçin ev sahibliyi ilə keçirilən hökumət müxaliflərilə müzakirələrin davam etməsi üzrə öhdəliyinə təkid edib.

Nikolas Maduro bir twitter mesajında yazıb ki, hökumət və müxaliflərin nümayəndələri arasındakı siyasi ixtilaflar üzrə həll yollarının və razılaşmaların tapılması üçün daimi dialoq masasına dəstək verir.

Maduro bir neçə gün bundan qabaq da vurğulamışdı ki, o, cari 2019-cu ildə Venesuela üçün sülh sahəsində böyük bir razılaşmaya nail olacaq.

Müxaliflərin sabotajlarına rəğmən, Venesuela hökuməti indiyədək gərginliyin azaldılması və ixtilafların həlli üzrə iki dövr müzakirədə, o cümlədən Norveç müzakirəsində iştirak edibdir.

Venesuela 2019-cü ilin yanvarından böhrana düçar olubdur. Böhrana səbəb, müxaliflərin başçısı Xuan Quaydonun özünü Amerikanın himayəsi altında olan Venesuelanın prezidenti kimi təqdim etməsi olubdur.




/129