(ABNA24.com) Bir qrup amerikalı etirazçı Amerika prezidentinin istiqlaliyyət günü münasibətilə çıxış etməsindən öncə bu ölkənin bayrağını Ağ Ev-in qarşısında yandırıbdır.
Amerika prezidenti Donald Trampın istiqlaliyyət günü münasibətilə edəcəyi çıxışdan öncə onun tərəfdarları ilə müxalifləri arasında toqquşma baş verib.
Bəzi etirazçılar Amerika bayrağını yandıraraq, "Amerika heç vaxt böyük olmayıbdır!" şüarını veriblər.
Trampın müxaliflərindən bir qrupu da Amerika prezidentinə və müharibəyə qarşı şüarlar veribdir.
Amerika polisi aksiyaçılardan üç nəfəri həbs edib.
Amerikanın istiqlaliyyəti günündə bu ölkənin prezidenti Donald Trampın siyasətlərinə etiraz edənlər həmçinin Vaşinqtonda "Körpə Donald Tramp" şarını havaya buraxıblar.
/129
7 iyul 2019 - 04:34
Xəbər kodu: 958407
Bir qrup amerikalı etirazçı Amerika prezidentinin istiqlaliyyət günü münasibətilə çıxış etməsindən öncə bu ölkənin bayrağını Ağ Ev-in qarşısında yandırıbdır.