(ABNA24.com) xəstəxanalarının təcili yardım bölmələrinin işçiləri dünən Parisdə ikinci həftə dalbadal öz çətin iş şəraitlərinə etiraz edərək, bu ölkənin səhiyyə nazirliyi qarşısında aksiya keçiriblər.
Təcili yardım və müalicə sindikatları aksiya keçirmək qərarına gəliblər. Etirazçılar dünən Paristdə keçirilən aksiyada əmək haqqılarının minimum 300 avro artırılmasını tələb ediblər. Onlar həmçinin qüvvələrin artırılması və xəstəxana çarpayılarının aradan götürülməsi üçün daha çox möhlətin verilməsini istəyiblər.
Təcili yardım bölməsinin işçiləri üç ay bundan öncə- mart ayının ortasında tətil keçirmişdilər. Bu aksiya etirazçıların tələblərinin reallaşması üçün təzyiqlərin davam etdirilməsi məqsədilə təşkil olunub.
Bu aksiya elə bir halda keçirilibdir ki. Fransa 2018-ci ilin 17 noyabrından bəri bu ölkə hökumətinin siyasətlərinə qarşı xalq etirazlarının şahididir.
Fransada etirazlar öncə bu ölkənin prezidenti Emmanuel Makronun xüsusən yanacaq və vergilər sahəsindəki iqtisadi siyasətlərinə qarşı reaksiyada başlandı, amma sürətlə siyasi mahiyyət kəsb etdi.
/129
3 iyul 2019 - 07:01
Xəbər kodu: 957414
Fransa xəstəxanalarının təcili yardım bölmələrinin işçiləri dünən Parisdə ikinci həftə dalbadal öz çətin iş şəraitlərinə etiraz edərək, bu ölkənin səhiyyə nazirliyi qarşısında aksiya keçiriblər.