15 iyun 2019 - 09:30
BMT TŞ ABŞ-ın iddialarını qəbul etmədi

BMT Təhlükəsizlik Şurasının Fars Körfəzində tankerlərin partlayışları barədəki qeyri-əyani iclası elə bir halda başa çatıbdır ki, Amerika hələ İranı bu partlayışlarda ittihamlandırmaq üçün konkret dəlillər təqdim etməyibdir.

(ABNA24.com) BMT Təhlükəsizlik Şurasının Fars Körfəzində tankerlərin partlayışları barədəki qeyri-əyani iclası elə bir halda başa çatıbdır ki, Amerika hələ İranı bu partlayışlarda ittihamlandırmaq üçün konkret dəlillər təqdim etməyibdir.

BMT Təhlükəsizlik Şurası tankerlər barədə iclas təşkil edərkən amerikalılar İranı ittihamlandırmaq üçün daha sənəd toplamaq zəhmətini belə çəkməyiblər.

ABŞ dövlət katibi Pompeonun sözlərinə görə, İranın işidir, çünki işlədilmiş silahlar mürəkkəb olubdur.

Amma BMT Təhlükəsizlik Şurasının iclasında bağlı qapılar arxasında Rusiya kimi ölkələr dedilər: Ya İrana dəxli yoxdur və ya heç olmasa, özlərinə icazə verməyiblər ki, sənədsiz, İranı ittiham etsinlər.

Nəticə etibarı ilə BMT-nin baş katibi Quterreşin sözlərini təkrar ediblər ki, dünyanın Fars Körfəzində toqquşma və qarşıdurmaya taqəti yoxdur.

Hazırda dünya bazarlarında neftin dördfaizlik artımının şahidi olduğumuz bir halda, məşhur amerikalı yazar və analitik Con Perekinsin söhbətlərindən məlum olurdu ki, bu yapışan minaları kimlər yapışdırıblar.

Müsahibə(kişi): Bu da müxtəlif siyasi oyunbazlıqlardandır. Səudiyyə ərəbistanı və sionist rejim Yaxın Şərqdə və dünyanın digər nöqtələrindəki problemlərin iki əsas amilidir.

İranın BMT-dəki nümayəndəliyi burada, Manhettendə bir bəyanat yaydı və kəskin ifadələrlə Amerikanın və onun regiondakı müttəfiqlərinin hərəkətlərini fitnəkar, şübhəli və şər hərəkətlər adlandırdı.

İranın BMT-dəki nümayəndəliyi açıq şəkildə İranın tankerlər macərasında hər cür əlaqəsinin olmasını rədd edərək, onu İranofobiya mahiyyətli bir əməliyyat adlandırdı. Bu bəyanat əlbəttə, gərginliyin azaldılması üçün bölgə ölkələrinə bir həll yolu da təqdim etdi- “Real danışıqlar aparaq”.

Amerika bəhanələr düzəltmək ardıncadır ki, onlara əsasən, bir pazel təkmilləşmiş olsun və Fars Körfəzində və Oman dənizində necə deyərlər, beynəlxalq bir nəzarət yaratmış olsun. Müttəfiqlərinin köməyi ilə. Məhz bu gün BMT Təhlükəsizlik Şurasında iclasın nəticəsiz bitməsinə səbəb olan Vaşinqtona dəstək verməyənlərin köməyi ilə.



/129