8 iyun 2019 - 05:04
İrlandiyada Trampa qarşı aksiya

İrlandiya respublikasında çoxlu sayda adam ABŞ prezidenti Donald Trampın bu ölkəyə səfərinə qarşı etiraz edib.

(ABNA24.com) İrlandiya respublikasında çoxlu sayda adam ABŞ prezidenti Donald Trampın bu ölkəyə səfərinə qarşı etiraz edib.

Dublində aksiya iştirakçıları " uşaq Tramp" şarını havaya buraxıblar.

Altı metrlik bu şarda Trampa bez bağlanıb və o hirsli bir körpədir. Fəallar bu şarı Londondan Dublinə gətiriblər.

Həmçinin Trampın oğullarının Qolf ərazisinə yaxın kənddə qarşılanmasından bir gün sonra Dublinin Ukanel küçəsində minlərlə adam yağış altında etiraz aksiyası keçirib.





/129