8 iyun 2019 - 05:03
Parisdə anti-sionist yığıncaq

Avropa Komissiyasının Parisdəki ofisində “Fələstinin gələcəyi və amerikan “əsrin sövdələşməsi” planı daxil olmaqla fələstinlilərə qarşı fitnə” adlı konfrans keçirilib. Avropa Komissiyasında Fələstin mövzusunda konfransın keçirilməsindən bu qənaətə gəlmək olar ki, işğal olunmuş Qüds və Fələstin barədə hər cür layihə fələstinlilərin rəyi və haqqı nəzərdə tutulmadan məğlubiyyətə məhkumdur.

(ABNA24.com) Avropa Komissiyasının Parisdəki ofisində “Fələstinin gələcəyi və amerikan “əsrin sövdələşməsi” planı daxil olmaqla fələstinlilərə qarşı fitnə” adlı konfrans keçirilib. Avropa Komissiyasında Fələstin mövzusunda konfransın keçirilməsindən bu qənaətə gəlmək olar ki, işğal olunmuş Qüds və Fələstin barədə hər cür layihə fələstinlilərin rəyi və haqqı nəzərdə tutulmadan məğlubiyyətə məhkumdur.

Müsahibə(kişi): Sionist rejim Fələstin xalqına qarşı yeni bir aparteid rejimi istəyir. Eyni zamanda, cənab Tramp fitnəyə qanuni don geydirmək istəyir. Görən, dünya Fələstin xalqının rasist sionist rejimlə dinc yanaşı yaşamasını qəbul edəcək? Məlumdur ki, yox. Çünki beynəlxalq səviyyədə müxalifətlərin şahidiyik.

Paris geopolitika akademiyasının təşəbbüsü ilə keçirilən bu konfransda elmi və siyasi şəxsiyyətlər Amerikanın sözdə “əsrin sövdələşməsi” planını araşdırıblar.

Müsahibə(kişi): Bəzi ölkələrin Fələstinin həyatını təhlükəyə salan plan icra etməklə məşğul olmalarının şahidiyik. Amerika “əsrin sövdələşməsi” təklifi ilə Fələstinin yer üzündən silinməsini istəyir. Biz bu təkliflə sərt müxalifik.

Paris Şərşünaslıq Akademiyasının müəllimi və tədqiqatçısı Bruno Deruski deyir: “Əsrin sövdələşməsi”nin reallığı yoxdur. Və yalnız ərəbləri və müsəlmanları qorxutmaq üçün bir ultimatumdur. Tramp bu planla istəyir ki, fələstinlilər pul alsınlar, əvəzində isə öz ölkələrini sionist rejimə təqdim etsinlər. Bu plan xam və uşaqcasınadır. Trampın nəhs planı zərərsizləşdirilibdir. Bu konfrans ilə bağlı düşündürücü cəhət, qəsbkar sionist rejim qarşısında yeganə və təsiredici seçim olan müqavimət barədə səslərin eşidilməsi idi.

Müsahibə(qadın): Sionist rejim terrorizm üzərində qurulub və öz cinayətkar siması ilə Fələstin xalqını kökdən məhv etmək istəyir. Beynəlxalq imperializm də ərəb və müsəlman xalqlar arasında daha çox məsafə yaratmağa çalışır. Və ərəbistan və əmirliklərdən də öz qolları kimi istifadə edir. Amma əvəzində, İslam İnqilabından bəri Fələstin xalqına dəstək verən İran və Suriya kimi ölkələr bu plan və fitnə qarşısında müqavimət edirlər.

Paris konfransında iştirak edən fələstinli şəxsiyyətlər, o cümlədən Əlfəth hərəkatının baş katibi Cebr Rəcub avropalı təşkilatlardan istəyiblər ki, Amerikanın planı qarşısında dayansınlar. Bəlkə Avropa Komissiyasında Fələstin mövzusunda konfransın keçirilməsindən bu qənaətə gəlmək olar ki, işğal olunmuş Qüds və Fələstin barədə hər cür layihə fələstinlilərin rəyi və haqqı nəzərdə tutulmadan məğlubiyyətə məhkumdur.




/129