Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib: Amerikanın İran İslam İnqilabı Keşikçiləri Korpusunun adını terror qrupları siyahısına salmaq barədəki qərarı təxribatçı və regionu səbatsızlaşdırmaq məqsədi güdən bir qərardır.
Mariya Zaxarova müxbirlərlə həftəlik brifinqdə deyib: Amerika hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun adını terror qrupları siyahısına salmaq barədəki qərarı İrana qarşı təzyiq mərkəzlərinin artırılması və iranofobiya siyasətinin davamıdır.
O, əlavə edib: Amerika nüvə anlaşmasından çıxmaqla beynəlxalq sülh və sabitliyə və nüvə silahlarının yayılmaması müahidəsinə əsas zərbəni vurdu və indi İranın rəsmi hərbi qüvvəsi kimi İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu adlandırmaqla öz təxribatçı və qeyri-konstruktiv siyasətini davam etdirir.
Zaxarova İranın Suriyada terrorizmlə mübarizədəki roluna işarə edərək, vurğulayıb: İran İslam Respublikasının Suriyanın qanuni hökumətinin rəsmi dəvəti ilə həmin ölkədə iştirak etdiyi bir halda, amerikalılar təzyiq və təhdidlə İranı Suriyadan çıxarmaq istəyirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır