12 aprel 2019 - 12:51
Cəlili: Amerikalılar səhv edərlərsə "CENTCOM" İŞİD-in taleyinə düçar olacaq

Səid Cəlili: "Amerikalılar ötən 40 ildə İran qarşısında ağır məğlubiyyətlər ilə üzləşiblər. Elə buna görə də İran xalqı və Sepah-ın əlindən qəzəblidirlər."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Seyyid Əli Xameneinin İranın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili cümə axşamı İran İslam Respublikasının ikinci telekanalına verdiyi müsahibədə deyib: "Heroşima və Naqasaki əleyhinə atom bombasından istifadə, Vyetnam müharibəsi, İsrailin cinayətlərinə dəstək, İraq və Əfqanıstana hücum, İŞİD-in formalaşdırılması və bunun kimi onlarla digər cinayət ABŞ-ın dünya xalqlarına qarşı həyata keçirtdiyi cinayətləridir."

İmam Xamenei cənablarının Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Amerika tərəfindən Sepah-ın adının terrorçu qruplar siyahısına daxil etməsinə reaksiya olaraq deyib: "Amerikalılar səhvə yol verərlərsə, onların Asiyanın qərbindəki terrorçu hərbi qüvvələri (CENTCOM) İŞİD-in taleyinə düçar olacaqlar."

ABŞ-ın Asiyanın qərbindəki uğursuz siyasətlərinə işarə edən Səid Cəlili deyib: "Amerikalılar ötən 40 ildə İran qarşısında ağır məğlubiyyətlər ilə üzləşiblər. Elə buna görə də İran xalqı və Sepah-ın əlindən qəzəblidirlər."

Cəlili ABŞ-ın dünya xalqlarına qarşı cinayətlərinə işarə edərək, bildirib: "İran özü terrorizmin ən böyük qurbanıdır. Terrorçu münafiqlər qruplaşması İranda 17 mindən çox insanı terror və şəhid edib və hazırda bu terrorçu qruplaşma ABŞ-ın birbaşa himayəsi altındadır."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır