Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Human Rights Watch təşkilatı da dünən gecə Donald Tramp hökumətinin Suriyanın Qolan yüksəklikləri ilə bağlı qərarını baykot edib.
Belə ki, Human Rights Watch təşkilatı Donald Tramp hökumətinin Suriyanın Qolan yüksəkliklərinin sionist rejim tərəfindən işğal olunmasını inkar etməsini beynəlxalq qanunların pozulması adlandırıbdır.
Kanadanın xarici işlər nazirliyi də dünən gecə bildiribdir ki, bu ölkənin Suriyanın işğal olunmuş Qolan yüksəklikləri barədəki mövqeyi dəyişməyib və sionist rejimin bu məntəqəyə hakimiyyətini rəsmən tanımır.
Kanadanın xarici işlər nazirliyi bildirib: Coğrafi sərhədlərin birtərəfli şəkildə dəyişdirilməsi üzrə hər cür addım beynəlxalq qayda-qanunlara ziddir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır